Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda ən çox istifadə edilən NƏQLİYYAT VASİTƏLƏRİ

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyatçılar 838,9 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, sərnişinlərin 95,1 faizi avtomobil nəqliyyatı, 4,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 797,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 91,5 faizi avtobus, 8,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 44,0 faiz azalaraq 38,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 795,3 min və ya 52,2 faiz çox sərnişin daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 763,3 min sərnişin daşınıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 5,6 faiz artım müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 26,9 faiz azalaraq 12,5 min nəfər olub.

www.yenicag.az

189
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100