Azərbaycanda futbol hakimləri mərc oyunlarına CƏLB OLUNUR? - VETERAN AÇIQLAYIR

media-hightechnic-468x90

“VAR-ın mövcudluğu fonunda Azərbaycan hakimlərinin ciddi səhvlərə yol verməsi suallar doğurur”.

media-116

Bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu Tərlan Əhmədov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı klubların narazılığı da başadüşüləndir:

“Bizim dövrümüzdə VAR yox idi. Amma indi tətbiq olunur. Bununla belə, hakim səhvləri və narazılıqlar çoxdur. Bu isə müəyyən suallar yaradır. Düzdür, düşünmürəm ki, hakimlərimiz Türkiyədə olduğu kimi mərc oyunlarında iştirak edirlər. Ümumiyyətlə, o hadisə həm Türkiyə, həm də futbol adına böyük faciə idi. Hər bir halda, Azərbaycanda da hakim səhvlərinin izahata ehtiyacı var. Hakimlər Komitəsinin rəhbəri müəyyən açıqlamalar versə də, səhvləri aydın şəkildə izah etmir. İnsan amilini qabardırlar. Yaxşı, bəs VAR olduğu halda, dəfələrlə təkrarlara, videogörüntülərə baxılırsa, niyə səhvlər bu qədər çoxdur? Klublar da buna haqlı olaraq etiraz edirlər. VAR hakimi görüntülərə baxıb səhv qərar verir. Səbəbi isə nədir, bilmirəm”.

Veteran futbolçu bildirib ki, hazırda Azərbaycanda peşəkar hakim çatışmazlığı var:

“Həmçinin hakimlərin etdiyi səhvlər də cəzasız qalır. Digər tərəfdən, bir referini 3-4 oyunluq cəzalandırmaq hakim çatışmazlığına səbəb olur ki, bu da təyinat məsələsində çətinlik yaradır. Ümumilikdə isə hakimlərin səhvləri müzakirə edilməli, bununla bağlı aydın açıqlamalar verilməlidir. Təəssüf ki, bu məsələ hələ də həllini tapmayıb. Bəzi epizodlarla bağlı nələrsə izah edilir, amma bu, problemin aradan qalxdığı anlamına gəlmir. Xətalar artdıqca klubların narazılığı da çoxalacaq. Buna görə də onları da başa düşmək lazımdır. Ümumilikdə isə hakimlərlə bağlı problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır”.

Qeyd edək ki, Türkiyədə futbol hakimləri ilə bağlı böyük qalmaqal yaşanıb. Aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib. Eyni zamanda, 152 hakimin mərc oyunlarına pul qoyduqları təsdiqlənib. 149 hakim 8-12 ay müddətinə futboldan kənarlaşdırılıb. 3 nəfər barəsində isə araşdırma aparılır. Həmçinin “Eyupspor” klubunun prezidenti Murat Özkaya da mərc oyunları ilə bağlı saxlanılıb.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa