“Ağcabədi rayonunda küçəyə atılan körpənin vəziyyəti yaxşıdır”.
Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib.
“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, – xəstəxanadan bildirilib.
***
Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.
Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.
***
13:22
Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.
Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.
www.yenicag.az