Azərbaycanda məktəblərin sayı niyə azalıb?

media-hightechnic-468x90

Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məktəblərin sayı ötən illə müqayisədə azalıb. Bunu Statistika Komitəsinin məlymatları təsdiqləyir.

2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb.

Rayonlar üzrə məktəb sayına gəldikdə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Bir neçə rayonda isə məktəblərin sayında 1-2 azalma qeydə alınıb.

Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb, bu tədris ilinin əvvəlində isə 245 ibtidai məktəb olub./modern.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05