!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın avro üzərindən svob müqaviləsi: "Türkiyənin buna ehtiyacı var"

!Reklam – Yazi

“Vaxtı çatan borcların ödənməsi, cari açığın qapadılması səbəblərindən dolayı Türkiyənin sərbəst dönərli valyutalara daha çox ehtiyacı var”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə və Azərbaycan Mərkəzi bankları arasında gözlənən svop müqaviləsinin bağlanmasını dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, Azərbaycan tərəfi müqaviləni milli valyuta ilə yox, avro ilə imzalayacaq:

“Təcrübədə bir qayda olaraq müqavilə tərəfləri mübadilə etdikləri valyuta üzrə faiz dərəcəsini də nəzərə almaqla bir-birinə verdikləri vəsaiti müqavilədə nəzərdə tutulan son müddət başa çatanda geri qaytarırlar. Məsələn, lirə qarşılığında manat verilsəydi, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanan faiz də nəzərə alınmaqla borclandıqları manatı geri qaytarmalı idilər. İndiki halda isə müqavilə avro-lirə üzərindən aparıldığı üçün Avropa Mərkəzi Bankının uçot faizi üzərindən müqavilə bağlanacaq.

Svop üçün vəsaitlərin əsas mənbəyi inkişaf etmiş bazarlardır (NyuYork, Çikaqo, London, Sinqapur, Tokio və s.). Türkiyə müxtəlif siyasi və iqtisadi münasibətlər səbəbindən həmin bazarlarda svop əməliyyatları apara bilmir. Valyuta rezervləri ilə bağlı yaşadığı problemlər səbəbindən daha yaxşı siyasi və iqtisadi əlaqələrə malik olduğu ölkələrlə razılaşmalara gedir. Svop əməliyyatları ilə bağlı beynəlxalq təcrübədə Mərkəzi banklar bir qayda olaraq sərəncam verdikləri milli valyutalar əsasında aparılır. Hazırkı vəziyyət isə göstərir ki, vaxtı çatan borcların ödənməsi, cari açığın qapadılması və s. səbəblərdən Türkiyənin sərbəst dönərli valyutalara daha çox ehtiyacı var”.

Gülşən Şərif

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv