Azərbaycanın cüdo yığması qalib gəldi

media-hightechnic-468x90

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa