Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarları bilindi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.
Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.












