!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın siyasi hakimiyyətində lider dəyişikliyi gözlənilirdi...” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Hökumət ancaq seçki dönəmində və məcburiyyətdən siyasi aktivliyin artmasına mane olmur”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a müsahibəsində qarşıdan gələn prezident seçkiləri və İranda cərəyan edən məlum hadisələri dəyərləndirib.

– 2018-ci il regional və qlobal proseslərin intensivləşməsi baxımından kifayət qədər aktiv başladı…

– Ümumiyyətlə, 2018-ci ilin dünyada bütün mənalarda çox gərgin il kimi keçəcəyi gözlənilir. Azərbaycanın qonşu dövlətlərində vəziyyətin indidən gərginləşdiyi görünməkdədir. Bu il Azərbaycanla yanaşı, Rusiyada da prezident seçkiləridir. Türkiyədə seçki hazırlıqları başlayıb, İranda məlum hadisələr yaşanır və sair. O baxımdan, 2018-in 2017-yə nisbətən çox gərgin keçəcəyi indidən bəllidir. Eyni zamanda, 2018-ci ili qlobal böhranların çözülməsi mərhələsi kimi də xarakterizə etmək olar.

Konkret desək, mövcud böhran ya növbəti Dünya Müharibəsi ilə nəticələnəcək, ya da böhran həllolunma mərhələsinə keçəcək. Çünki mövcud qlobal siyasi-iqtisadi böhran 2017-ci ildə özünün kulminasiya nöqtəsinə çatdı. Ötən il bir neçə yüz milyon əhalini əhatə edən coğrafiyada güclü dağıntılarla müşayiət olunan toqquşmalar baş verdi. Bu il həmin toqquşmaların miqyasının böyüməsi Dünya Müharibəsinə, kiçilməsi isə böhranın həllinə gətirib çıxaracaq. 2018 Azərbaycan üçün də ciddi sınaq ili olacaq.

– Ölkədə prezident seçkilərinin keçiriləcəyi 2018-ci ildə siyasi fəallığın hansı dövrdə yüksələcəyini gözləmək olar?

– Azərbaycan tipli ölkələrdə siyasi fəallığın yüksəlməsini yalnız seçkilərə bir neçə ay qalmış gözləmək olar. Çünki hakimiyyət siyasi fəaliyyəti o dərəcədə məhdudlaşdırıb ki, cəmiyyətin sürəkil fəallığı üçün heç bir şərait yoxdur. Hökumət ancaq seçki dönəmində və məcburiyyətdən siyasi aktivliyin artmasına mane olmur. Bu aktivlik isə seçkilərə bir-iki ay qalmış müşahidə edilir. Əgər hansısa fors-major situasiya yaranmasa, yaxud da İrandakı kimi etiraz aksiyaları Azərbaycana transfer edilməsə, dediyimiz fəallığı yalnız seçki ərəfəsində görə biləcəyik.

– Hakimiyyətin prezident seçkilərinə növbəti dəfə İlham Əliyevin namizədliyi ilə qatılacağının qətiləşdiyi bildirilir…

– ABŞ və İsrailin qlobal miqyasda bütün cəbhəboyu uğursuzluqla üzləşməsi, Azərbaycan kimi ölkələrdə müəyyən dəyişikliklərin əngəllənməsini şərtləndirən amildir. Bəli, bundan əvvəlki situasiyada Azərbaycanın siyasi hakimiyyətində lider dəyişikliyi gözlənilirdi. Ancaq hazırda vəziyyətin əksinə dəyişdiyi müşahidə olunur. Ümumiyyətlə, ABŞ, İsrail və bəzi digər ölkələr növbəti dönəmdə dünya miqyasında öz mövqelərini gücləndirə bilməsələr, bu məsələdə ciddi dəyişiklik gözləməyə dəyməz.

– Cavablarınızda bir neçə dəfə İrandakı son hadisələri vurğuladız. Maraqlıdır ki, Azərbaycanda bəziləri bu proseslərə neqativ yanaşanları molla rejimini dəstəkləməkdə qınayırlar…

– Kimin necə adlandırmasından asılı olmayaraq, biz İran hadisələrinə “Ərəb baharı”nın təcrübəsindən çıxış edərək yanaşmalıyıq. Yaxın Şərq hadisələri göstərdi ki, xalqın ağır sosial-iqtisadi vəziyyətini yüngülləşdirmək cəhdlərinə xaricdən müdaxilə olarsa, o xalq heç vaxt öz xoşbəxtliyinə nəinki çata bilməz, hətta proseslər onların öz əleyhinə çevrilər.

İndiki halda isə ABŞ və İsrail İrandakı proseslərə fəal müdaxilə edəcəklərini açıq şəkildə bildirirlər. Bu da onu göstərir ki, İranda məlum hadisələrin bundan sonrakı inkişafı xalqın maraqlarına zidd olacaq. Dediklərimi “Ərəb baharı” adlı proses tam şəkildə təsdiqləyib. Bir reallığı başa düşmək lazımdır ki, xalqlar yalnız öz gücləri hesabına hakimiyyəti dəyişə biləcəkləri təqdirdə, müsbət nəticəyə nail ola bilərlər. Hakimiyyət dəyişikliyinin başqa dövlətlərin müdaxiləsi sayəsində baş verməsi isə müsbət nəticələnməz.

– Yəni Güney Azərbaycanın bu proseslərə qatılmaması doğru addımdır…

– Bəli, tamamilə doğrudur. Əvvəla, nəzərə alaq ki, İrandakı bu hadisələr sosial-iqtisadi müstəvidə baş qaldırıb. Yəni İranda hansısa milli hərəkat başlamayıb ki, Güney Azərbaycan proseslərdən kənarda qalsın. İran əhalisinin ən inqilabi kəsimi olan soydaşlarımızın bu prosesə qoşulmamaları baş verən hadisələrin ziyanlı olduğunu dərk etmələri ilə bağlıdır. Eyni ölkə və eyni problemlər olmasına baxmayaraq, Güneydəki soydaşlarımız bu məsələdə farslar, kürdlər və ərəblərlə müqayisədə daha uzaqgörən siyasi düşüncəyə malik olduqlarını göstərdilər.

A. Zeynalov

COP29

www.yenicag.az

2333
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv