“3I/ATLAS” ulduzlararası kometindən daha bir QƏRİBƏLİK: “Buz vulkanları” püskürür  FOTO

media-hightechnic-468x90

Yeni müşahidələr göstərir ki, “3I/ATLAS” ulduzlararası kometi partlayan “buz vulkanları” ilə örtülmüş ola bilər.

Yenicag.az xəbər verir ki, tədqiqatçılar aşkar ediblər ki, komet Günəşə yaxınlaşarkən onun səthində bir sıra kriovulkanlar (“buz vulkanları”) püskürüb.

Araşdırmanın nəticələri göstərir ki, “3I/ATLAS” ulduzlararası kometi buzlu trans-Neptun obyektlərinə – Neptunun o tayında Günəş ətrafında fırlanan cırtdan planetlərə və digər obyektlərə bənzəyir. Əgər bu təsdiqlənərsə, deməli, başqa ulduz sistemindən gəlməsinə baxmayaraq, “3I/ATLAS” ulduzlararası kometi bizim kosmik qonşuluğumuzdakı obyektlərlə təəccüblü dərəcədə oxşarlıq göstərir.media-dcoyknndm6jnufg8m92v5v-1200-80-jpg

“Hamımız təəccübləndik”, – deyə araşdırmanın baş müəllifi, İspaniya Kosmik Elmlər İnstitutunun (CSIC/IEEC) aparıcı əməkdaşı Cozef Triqo-Rodrigez bildirib. – “Uzaq planet sistemində formalaşmış kometin səthindəki material qarışığının trans-Neptun obyektlərinə bənzəməsi heyrətamizdir”.

İyul ayında astronomlar ilk dəfə “3I/ATLAS” ulduzlararası kometini gördükdən sonra onun mənşəyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. İnternetdəki müzakirələrin bir qismi bu ulduzlararası qonağın yadplanetli kosmik gəmi ola biləcəyi üzərində cəmləşib. Lakin əksər astronomlar “3I/ATLAS” kometinin naməlum ulduz sistemindən gəldiyinə əmindirlər.

“3I/ATLAS” ulduzlararası kometi indiyədək qeydə alınmış cəmi üçüncü ulduzlararası obyekt olub və alimlərə digər ulduzların ətrafındakı şərait, həmçinin qədim kosmik keçmiş barədə öyrənmək üçün nadir imkan yaradır.

Yeni araşdırma üçün Triqo-Rodrigez və həmkarları İspaniyanın Kataloniya bölgəsindəki Montsek Rəsədxanasında yerləşən “Xuan Oro” teleskopundan istifadə ediblər. Astronomlar kometi 29 oktyabrda Günəşə ən yaxın nöqtəyə yaxınlaşarkən diqqətlə izləyiblər.

Tədqiqatçılar kometin Günəşdən təxminən 378 milyon kilometr məsafəyə çatanda daha güclü sublimasiya mərhələsinə girdiyini və sürətlə parladığını aşkar ediblər. “Xoan Oro” teleskopu vasitəsilə qaz və toz axınlarının indiyədək ən yüksək keyfiyyətli görüntülərini çəkiblər və bunları kriovulkanizmin açıq əlamətləri kimi şərh ediblər.

Kriovulkanlar, adətən, buzla zəngin planet cisimlərində rast gəlinir. “3I/ATLAS” ulduzlararası kometində isə alimlər kriovulkanizmin kometin içindəki ilkin materialın korroziyası ilə əlaqəli olduğunu düşünürlər. Günəşin istiliyi bərk karbon qazının sublimasiya həddini aşır və bu, oksidləşdirici mayenin kometin daxili hissəsinə axmasına, orada dəmir və nikel dənəcikləri, həmçinin sulfidlərlə reaksiyaya girməsinə şərait yaradır.

Kometin tərkibi barədə nəzəriyyələrini yoxlamaq üçün alimlər NASA-nın Antarktidada topladığı karbonlu xondritlər adlanan meteorit nümunələri ilə spektral müqayisə aparıblar. Analiz göstərib ki, “3I/ATLAS” ulduzlararası kometi bu qədim qalıqlara bənzəyir və ehtimal ki, təbii metallarla zəngindir.

“3I/ATLAS” ulduzlararası kometinin mənşəyi dəqiq ölçüsü hələ məlum deyil. “Hubble” teleskopunun müşahidələri kometin 440 metr ilə 5,6 kilometr arasında ola biləcəyini göstərir. Rodriuez və həmkarları hesablayıblar ki, əgər komet 1 km enindədirsə və qayalı tərkibə malikdirsə, onda onun kütləsi 600 milyon metrik ton ola bilər.

Lakin tərkibi karbonlu xondritlərə bənzəsə belə, “3I/ATLAS” ulduzlararası kometi bizim sistemdən olmadığı şübhəsizdir. Çünki onun hiperbolik trayektoriyası var və NASA-ya görə, ilk müşahidə edilərkən saniyədə 61 km sürətlə hərəkət edirdi – bu sürət Günəşin cazibəsinə bağlı qalmaq üçün çox yüksəkdir.

Alimlər “3I/ATLAS” ulduzlararası kometinin hansı ulduz sistemindən gəldiyini bilmir, amma onun çox uzun yol qət etdiyi aydındır. Kometin milyardlarla il yaşı ola bilər və hətta bizim Günəş sistemimizdən 3 milyard il daha qədim ola bilər.

Triqo-Rodrigez vurğulayıb ki, ulduzlararası kometlərin öyrənilməsi vacibdir, çünki onlar Yer üçün potensial toqquşma təhlükəsi yarada bilərlər. Bununla yanaşı, o, “3I/ATLAS” ulduzlararası kometini “özlüyündə qeyri-adi obyekt” adlandırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa