“Mavi balina” daha bir can aldı

media-hightechnic-468x90

Paytaxtın Binəqədi rayonunda mənzildə 13 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. 

Yenicag.az xəbər verir ki, Kəmalə Məmmədova Tərlan qızı evdə özünə qəsd edib. İddialara görə, yeniyetmə qız hadisəni törədəndə evdə tək olub.

Belə ki, Kəmalənin dayə işləyən anasını gətirmək üçün evdən çıxan atası və qardaşı mənzilə girəndə yeniyetmənin meyitini asılmış vəziyyətdə tapıblar. Əvvəlcə Kəmalənin zarafat etdiyini düşünən valideynləri onun heç bir səsə, hərəkətə reaksiyasını görmədikdə nə baş verdiyini anlayıblar.

13 yaşlı Kəmalə Rəsulzadə qəsəbəsindəki 143 saylı məktəbin şagirdi olub. Polis olmaq arzusunda olan yeniyetmənin mobil telefonunda “Mavi Balina” oyunu tapılıb. Onun sonuncu aldığı mesaj “Bu gün son günündür” olub. Bundan sonra Kəmalə özünə qəsd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa