Pərvanə Vəliyeva: “Azərbaycanın çoxvektorlu siyasəti Qafqazda yeni sülh reallığına yol açır“

media-hightechnic-468x90

“Xarici siyasətdə qlobal düşünməli, lakin regional hərəkət etməliyik”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

media-img_1248

O, Azərbaycanın coğrafi mövqeyinin ölkəmizə qazandırdığı dividentlər barədə fikirlərini səsləndirib.

Deputat bildirib ki, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir.

“Bəzən deyirlər ki, biz Asiyadayıq, yoxsa Avropada? Əslində, biz Şərqin ən uzaq Qərbində, Qərbin isə ən uzaq Şərqindəyik. Biz həm Mərkəzi Asiyaya bağlıyıq, həm avropalıyıq. Biz Türk Dövlətləri Təşkilatı ilə yanaşı, Avropanın siyasi institutlarının da üzvüyük. Həmçinin qlobal müqayisədə əhəmiyyətli beynəlxalq təşkilatlarda təmsil olunuruq.

Belə bir regionda, belə bir zamanda və belə bir geosiyasi şəraitdə Qafqaz hər zaman həssas nöqtə olub. Geosiyasi baxımdan tektonik region hesab edilib. Biz hər zaman düşünmüşük ki, xarici siyasətdə qlobal düşünməli, lakin regional hərəkət etməliyik.

Status-kvonu dəyişdikdən sonra biz təbii olaraq dərk edirik ki, bu regiona aidik. Regiona aid olmağımızı qəbul etməklə Qafqazda yeni transformasiyaya nail ola bilərik. Bu gün isə yeni reallıqlar formalaşıb, yəni sülh reallığı.
Vaşinqton sülh təşəbbüslərindən sonra artıq biz sülhə doğru irəliləyirik. Sülh təşəbbüsləri həyata keçiririk. Bu səbəbdən hazırda dünya dövlətləri tərəfindən sülhpərvər ölkə kimi tanınırıq. Nəticədə ölkəmizin nüfuzu getdikcə artır.

Son dövrlərdə isə iki böyük nailiyyəti xüsusi olaraq qeyd edə bilərik. Bunlardan birincisi Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz keçidin təmin edilməsi ilə bağlı sazişin mövcudluğudur. İkincisi isə Mərkəzi Asiyanın artıq altılıq formatı konseptinə Azərbaycanın daxil edilməsidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa