"Növbədənkənar parlament seçkilərinin keçirilməsi..." - Qanunverici orqan yenidən buraxılır?

media-hightechnic-468x90

“Parlamentin əhəmiyyətli hissəsinin Ramiz Mehdiyevin himayəsi ilə formalaşdırıldığı iddiaları var”.

Bu fikirləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev dustaqlığına məhkum edilməsi fonunda Azərbaycanın qanunverici orqanının yenidən təşkil ediləcəyi – növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar barədə danışan Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) sədri Zəlimxan Məmmədli Yenicag.az-a açqılamasında səsləndirib.

O bildirib ki, parlamentin əhəmiyyətli hissəsinin Ramiz Mehdiyevin himayəsi ilə formalaşdırıldığı yönündə iddialar var:

“Bunu rəsmilər, hakimiyyət nümayəndələri, media və sadə vətəndaş da deyir. Həm də biz siyasətdə aktiv tərəf olaraq, o prosesdə iştirak eləmiş və eyibləri görmüş birisi kimi də bu məntiqi təsdiq edə bilirik. Təbii ki, parlamentin əhəmiyyətli hissəsinin Ramiz Mehdiyevin himayəsi ilə formalaşdırıldığı iddiaları var.

Hazırda ictimai-siyasi proses kifayət qədər gərgindir. Bir tarazlıq pozulub: istər siyasi sistemimiz, istər hakimiyyət-müxalifət münasibətləri olsun. Ocümlədən oliqarxların oyununu görürük, orada da tarazlıq yoxdur. Həmçinin kənar qüvvələr. Konkret olaraq “beşinci kolon” dediyimiz yapılanmanın – bura bir Rusiya aid deyil, İran və Qərbin müəyyən dairələri də daxildir – burada siyasətə təsir gücləri olduqca bir sıra məsələlər sual altına düşür.

Bu mənada, məntiqlidir ki, parlament seçkilərinin keçirilməsi haqqında düşünülsün. Bunun üçün də siyasi konsensus lazımdır. Maraqlı qüvvələrin ortaq nöqtəyə gələrək bir yol xəritəsi müəyyənləşdirməsinə, bir protokol imzalamalarına ehtiyac var. Belə olacağı təqdirdə, seçkinin xalqın iradəsi ilə formalaşmasına – mütləq demirəm, ən azı obyektivliyə yaxın bir formada keçirilməsini təmin eləmək mümkün olar. Bu, Azərbaycan dövlətinin mənafeyinə, milli maraqlarımıza uyğundur, həm də pozulmuş tarazlığın bərpası üçün çox vacib bir faktordur”.

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa