Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə etdi

media-hightechnic-468x90

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.

“Liv Bona Dea Arena” stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-p.) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa