Azərbaycanın yürütdüyü balanslı siyasət: "Prezident İlham Əliyevin Çinə səfəri göstərdi ki..."
“Hər bir siyasi proses dəqiqliklə hesablanıb və uzaqgörən siyasi təcrübə ilə əvvəldən düşünülüb”.
Bunu Azərbaycan liderinin yürütdüyü balanslı siyasət barədə danışan siyasi şərhçi Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Siyasi şərhçi bildirib ki, Çin Cənubi Qafqazda – Avrasiyanın nəqliyyat qovşaqlarından biri olan regionda – Azərbaycanı özünə əsas strateji tərəfdaş seçib:
“Bunu “ŞƏT PLYUS” sammiti çərçivəsində Çin sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi diqqət bir daha sübut etdi. Azərbaycan Orta Dəhlizdə yerləşib. Yəni nə tam şimalda, nə cənubda, nə şərqdə, nə də qərbdədir. Koordinatlarına görə orta qurşaqda yerləşən ölkə olaraq siyasətimiz də balanslıdır.
Vaşinqtonda uğurlu addımlar atıldı, eyni zamanda, Çinlə də münasibətlər yüksək səviyyədə saxlanıldı. Bir çoxu maraqları uzlaşdırmağın Azərbaycan üçün çətin olacağını düşünürdü. Ancaq prezident İlham Əliyevin Çinə səfəri göstərdi ki, hər bir siyasi proses dəqiqliklə hesablanıb və uzaqgörən siyasi təcrübə ilə əvvəldən düşünülüb”.
Nəsimi Ələsgərli