Azərbaycanlı alim vəfat etdi – Həyat yoldaşını 12 gün öncə itirmişdi – FOTO

Filologiya elmləri doktoru, dosent Nizami Muradoğlu  koronavirusdan vəfat edib.

Bu barədə Yenicag.az-a onun yaxınları məlumat verib.

Nizami Muradoğlunun 12 gün öncə həyat yoldaşını da COVID-19-dan itirdiyi bildirilir.

Qeyd edək ki, Nizami Muradoğlu 1996-2002-ci illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.