!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı baş gizir mayoru güllələyib

!Reklam – Yazi

34209Rusiya Federasiyası Komi Respublikasında qadın koloniyasında işləyən azərbaycanlı baş gizir həmyerlisi olan mayoru güllələyib.

Hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli koloniyada baş verib. Baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb.

Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb, lakin güllələr körpücük sümüyünə və qarnına dəyib, silah əlindən düşüb.

İlkin versiyaya görə, Ş. Əliyev və X. Həsənov dost olublar. Onların münasibətləri Ş. Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. Həmkarlarının dediyinə görə, Ş. Əliyev ötən ilin noyabrında boşanıb və əldə etdiyi pullarla Azərbaycana qayıtmağı planlaşdırıb. X. Həsənov dostunu fikrindən daşındırmağa çalışıb, buna görə dəfələrlə aralarında dava olub və münasibətləri kəskin pisləşib.

Hazırda Ş. Əliyev ağır vəziyyətdə xəstəxanadadır.(APA)

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv