Azərbaycanlı hakimlər UEFA proqramında

media-hightechnic-468x90

UEFA-nın “Center of Refereeing Excellence” (CORE) proqramı təşkil olunub.

Yenicag.az xəbər verir ki, gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi proqramda Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.

Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa