!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərenerji” stansiyalarda təftişə başladı - FOTO

!Reklam – Yazi

Azərenerji ASC-nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq təftiş aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, elektrik stansiyalarına, elektrik verilişi xətlərinə, yarımstansiyalarına baxış keçirilib və texniki göstəriciləri yoxlanılıb. Aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlərə start verilib:

“İlkin mərhələdə ölkə enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 MVt olan “Azərbaycan” İES-in yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır. Bundan başqa, “Şimal-1”, “Səngəçal” və “Cənub” elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər gerçəkləşdirilir ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır”.

Qurum sözçüsü deyib ki, həmçinin, modul elektrik stansiyaları üzrə təftiş aparılıb. “Bakı”, “Şahdağ”, “Astara”, “Şəki” və “Xaçmaz” elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.

“Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstaniyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, mərhələli şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerjisisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir”,- deyə Y.Babanlı əlavə edib.

www.yenicag.az

1518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv