!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərpoçt”dan daha bir dəstək!

!Reklam – Yazi

“Azərpoçt” MMC və “Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə adıçəkilən qurumlar korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

“Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə fermerlərə ödənilən subsidiyalar nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün “Kapital Bank” filiallarına getməli olmayacaqlar.

Azərbaycanda ən böyük şəbəkəyə malik və respublikanın yeganə milli poçtu müştərilərin xidmətindədir. Bankların həyata keçirdiyi bir sıra xidmətlər bu gün “Azərpoçt”un dəstəyi ilə baş tutur.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv