!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu”dan abonentlərə müraciət

!Reklam – Yazi

“Hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

Yenicag.az xəbər verir ki, bunu suyun qiymətinin artması fonunda abonentlərinə müraciət edən “Azərsu” ASC-nin rəsmi nümayəndəsi Anar Cəbrayıllı bildirib.

Qurumun rəsmi qeyd edib ki, 10 manatdan yuxarı ödənişi depozit kimi abonentin hesabına köçürülür:

“Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər”.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən fevralın 1-dən etibarən bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Gülşən Şərif

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv