Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AzTV-də kütləvi ixtisarlar - Daha bir xarici büro bağlandı

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) pandemiya dövründə növbəti kütləvi işdən çıxarılma baş verib, daha bir xarici büro bağlanıb.

Yenicag.az xəbər verir ki, AzTV-nin “Xəbərlər” proqramından 5 müxbir işdən azad olunublar. Onlara səbıb bildirilməyib.

Bundan başqa qurumun ərəb ölkələri üzrə bürosu (mərkəz Abu-Dabi) bağlanıb. Büro əməkdaşlarına başqa ölkələrdə işlə təmin olunacağı bildirilsə də, hələki bu təyinatlar gerçəkləşməyib.

Xatırladaq ki, R. Məmmədov AzTV-ə rəhbərlik edəndən qurumun London və Yaponiya bürosunu da bağlayıb. Baxmayaraq ki, hazırda dünyada informasiya savaşında Azərbaycan mətbuatının rolunu artırılmasına daha çox ehtiyac var.

Televiziyalar arasında koronavirusa yoluxma ilə bağlı da liderliyi qoruyan Dövlət Televiziyasının pandemiya dönəmində ixtisarlarla bağlı ölkə rəhbərliyinin tapşırığına niyə əməl etməməsi sual doğurur.

www.yenicag.az

423