Babək Quliyev UEFA-dan təyinat aldı

media-hightechnic-468x90

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Yenicag.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə – Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05