Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bağışlanan əmlak bu hallarda geri alına bilər

Əmlakın bağışlanması əvəzsiz əqd olan bağışlama müqaviləsi ilə tənzimlənir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə bir neçə istisna hallar mövcuddur.

“Bağışlama üçün vacib olan hüquqi amillər var. Əgər bu amillərdən biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.

Lakin, həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa, eləcə də mövcud faktlar məhkəmə qaydasında öz təsdiqini taparsa, bu halda həmin müqavilənin ləğvi tələb oluna bilər.

Eyni zamanda hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək mövzusunda razılığa gələrsə, onlar arasında ləğv barədə saziş imzalanır. Və məhkəmə mübahisəsi olmadan mülkiyyət əvvəlki sahibinə qaytarılar”-, deyə H.Məmmədov qeyd edib.

www.yenicag.az

314
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100