Reklam: High Technic
hightechnic

Bakı dördüncü sıradadır

38047_acaauzca1iBakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, son illər yenilənən və inkişaf edən paytaxt Bakı şəhəri bu dəfə də nüfuzlu turizm saytı olan www.ucityguides.com-da turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib. Məqalədə 2015-ci ildə ziyarət edilməli olan 15 şəhər siyahısında Bakı şəhəri dördüncü sırada yer alıb.

Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi, Dünya İrsi siyahısında olan İçərişəhər və müasir Alov qüllələri paytaxtı ziyarət etmək səbəbləri kimi qeyd olunub.

www.yenicag.az

150