Qohum evlilik qadağasına GÜNAYDAN REAKSİYA: "Ömür boyu bu yükü daşımaqdansa..."

media-hightechnic-468x90

“Əvvəlcə insanlar bununla razılaşmayacaqlar, amma zamanla əsl mahiyyətini anlayıb qəbul edəcəklər.”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Günay Firudinqızı bu gündən qüvvəyə minən qohum evliliklərinin qadağan edilməsi ilə bağlı fikirlərini bildirərkən deyib.

Aparıcı, sonrakı peşmançılıqdan çox, başdan bu addımın atılmamasını doğru qərar olaraq qiymətləndirib:

“Əvvəlcə insanlar bununla razılaşmasalar da, zamanla mahiyyətini anlayıb qəbul edəcəklər. Əgər evliliyin nəticəsi bir ömür boyu ailəyə əziyyət verəcəksə, niyə bu addım atılmasın? Zamanla insanlar anlayacaq ki, qohumların nikaha girməsi doğru deyil. Bibiqızı, dayıoğlu, əmioğlu, əmiqızı, xalaqızı əslində bacı-qardaş kimi sayılır. Bu nikahlardan dünyaya gələn xəstə uşaqlar isə valideynlərinə ömür boyu ağır yük olur. Bir ömür boyu bunun çətinliyini çəkirlərsə, başdan bunu anlamalıdırlar ki, bu doğru deyil. Nadir hallarda qohum evliliklərindən xoşbəxt olan insanlar olur, amma əksəriyyəti bunun altından qalır. Bəlkə də bu sözlər kiməsə xoş gəlməyəcək, amma həqiqət budur.”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600