!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı və İrəvan razılığa gəldi: “Bu, Zəngəzur dəhlizinin açılmayacağı anlamına gəlmir”

!Reklam – Yazi

“Əslində, Zəngəzur dəhlizinin açılması ilə bağlı maddənin sülh sazişinin mətnindən çıxarılıb sonrakı mərhələdə müzakirə olunacağı ilə bağlı informasiyanı ilk dəfə rəsmi Bakı vermişdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.
Onun sözlərinə görə, burada Zəngəzur dəhlizinin açılmasının artıq mümkün olmayacğaından danışmaq tamamilə yersizdir:

“Ona görə ki, sülh sazişi konkret olaraq iki ölkə arasında hərbi problemlərin həllinə yönəlmiş və qarşılıqlı olaraq ərazi iddialarından imtina olunmasını nəzərdə tutan bir sənəddir. Qısacası, sülh sazişi hər iki ölkənin bundan sonra bir-biri ilə müharibə etməyəcəyi ilə bağlı öhdəlik götürməsi anlamını daşıyır”.

Mütəxəssisin fikrincə, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələsinin həmin sazişə salınması yekun sülh müqaviləsinin imzalanması üçün aparılan müzakirələri bir az qəlizləşdirirdi:
“Yəqin ki, həm Azərbaycan, həm də Ermənistan məhz bu səbəbdən Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsini sonrakı dövrə saxlayıblar. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ tərəflər arasında yaxın vaxtlarda müzakirə olunacaq və ola bilsin ki, bununla əlaqədar saziş imzalanacaq. Mənə elə gəlir ki, bu dəhlizin açılma şərtləri, onun fəaliyyəti və s. yaradılan sazişdə öz əksini tapacaq”.

Xatırladaq ki, Ermənistan XİN-in sözügedən bəyanatından daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirmişdi. E. Əmirbəyov əlavə etmişdi ki, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv