Bakıda Ailə Həkimliyi Konqresi keçirilir – FOTOLAR

VI Beynəlxalq Qaradəniz Ailə Həkimliyi Konqresi çərçivəsində azərbaycanlı və türk həkimlər bir araya toplanıb.

Yenicag.az xəbər verir ki, 14-17 sentyabr tarixlərində keçirilən konqresdə Türkiyə Səhiyyə Nazirliyinin və Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri, eləcə də Türkiyənin qabaqcıl tibb universitetlərinin müəllimləri iştirak edirlər. Konqresin ilk günü “Türkiyə-Azərbaycan Ailə Həkimliyi” mövzusunda seminar keçirilib. Seminarda Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, şöbə müdirləri İsa Əliyev, Vüqar Qurbanov, Gəncə Beynəlxalq Xəstəxanasının direktoru dr. İlyas Həsənov, direktor müavini Cavid Səfərli, Azərbaycan Təbiblər Birliyinin sədri dr. Nəriman Səfərli, Bakı Ürək-damar Mərkəzinin müdiri dr. Rəşad Mahmudov da çıxış ediblər.

Həmçinin Türkiyə Səhiyyə Nazirliyinin I Hüquq Müşaviri Halil Şen, nazirliyin Trabzon Xalq Sağlamlıq Şöbəsinin müdiri dr. Köksal Hamzaoğlu, AHEF (Ailə Həkimləri Dərnəkləri Federasiyası) sədri dr. Erkut Coşkun, Tabzon Ailə Həkimliyi Dərnəyinin sədri Hakan dr. Hakan Uzun, Qaradəniz Texniki Universiteti Tibb Fakültəsi Ailə Həkimliyi kafedrasının müdiri dos. dr. Turan Set, Trabzon Ailə Həkimləri Dərnəyi Beynəlxalq əlaqələr komitəsinin üzvü dr. Murat Fazıl Soyal da öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Konqresin ikinci günündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da çıxış edib.

Ümumilikdə 4 gün davam edəcək konqres çərçivəsində müxtəlif xəstəliklərin müalicəsində Türkiyə təcrübəsi barədə həkimlərə ətraflı məlumat veriləcək və iştirakçılara sertifikatlar təqdim olunacaq.

COP29