“Anemiyanın yaranması daha çox orqanizmdə dəmir çatışmazlığı ilə əlaqədardır və müxtəlif yaşlarda özünü göstərir”
Bu fikirləri qan azlığının aradan qaldırılması üçün effektli vasitələrdən danışan hematoloq Mireldar Babayev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, dünya əhalisinin təqribən yarısı qan azlığı xəstəliyindən əziyyət çəkir:
“Qan azlığının, elmi dildə anemiyanın səbəbləri müxtəlifdir. Onlar həm irsi, həm də sonradan qazanılmış olur. İrsi qan azlığı xüsusilə, talassemiya Azərbaycanda geniş yayılmış xəstəliklər qrupuna aid edilir. Bu xəstəliyin ən geniş yayılmış növü qazanılmış qan azlığıdır.
Anemiyanın yaranmasına daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur. Bu, “Dəmir çatışmazlıqlı anemiya” adlanır. Həmin xəstəliyin müalicəsində ilk növbədə dəmir tərkibli dərman preparatlarından istifadə edilməlidir. Bununla yanaşı, düzgün qidalanmaya da əməl etmək lazımdır. Dəmir tərkibli məhsullara, xüsusilə, ət yeməklərinə üstünlük verilməsi xəstəliyin müalicəsində effektli sayılır”.
Nuray Məmmədzadə
www.yenicag.az