Bakıda bankirin qətlinin görüntüləri yayıldı-Video

1423223632_n7q6e066k3xpÖtən il aprelin 21-də “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsinə səbəb olan hadisənin videosunu yayımlamışdıq.

“Qafqazinfo” bu dəfə qətlin baş vermə anının görüntülərini əldə edib.

Qətldə təqsirləndirilənlərdən biri, Mövlud Səfərovun vəkili Cavid Rzazadə sayta açıqlamasında bildirib ki, videoda olan görüntülər hadisənin necə baş verməsini əks etdirir və hüquqlarını müdafiə etdiyi Mövlud Səfərovun təqsirsizliyi, Sənan Quliyevin isə məhz özünü müdafiə həddini aşmaqla Azər Məmmədova ölümcül xəsarət yetirdiyi, habelə qəsdən adam öldürmə cinayətinin törədilmədiyi açıq aşkar görünür: “Mövlud Səfərovun barəsində ittiham hökmü çıxsa da, həmin hökmdən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi Azərbaycanda ədalətli və vicdanlı məhkəmə araşdırmasının aparılacağına və nəhayətdə bəraət hökmünün qəbul ediləcəyinə inanır. Videonun cəmiyyətdə izlənməsi ictimai fikri formalaşdıracaq və məhz bu sübut müdafiə tərəfinə böyük ümidlər verir”.

Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası martın 29-da keçiriləcək.

Onu da əlavə edək ki, videonun üzərindəki qeydlər vəkilə məxsusdur.

Xatırladaq ki, ötən ilin aprelin 21-də “Avropa” otelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub. S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7 ci maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən Sənan Quliyev ömürlük, Mövlud Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Loading...