!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda baş vermiş güclü yanğın söndürüldü - ANBAAN VİDEO/FOTOLAR

!Reklam – Yazi

20:31

Bakıda 7-ci mikrorayon ərazisində güclü yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, yanğının tanınmış “Hollivud” şadlıq sarayının yaxınlığında baş verdiyi bildirilib.

***

Yanğın “Sobsan” boya fabrikinə məxsus sexdə baş verib.

Yanğının baş vermə səbəbi barədə məlumat verilməyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

***

Yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Report hadisə zamanı 4 nəfərin tüstüdən zəhərləndiyini yazıb.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

Bakının Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb. 

FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Hal hazırda yanğın var. Başımızın üstünü qara buludlar almaqdadır.

Gepostet von Oğuz AlpArslan am Samstag, 4. Juli 2020

 

 

 

 

www.yenicag.az

5362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv