!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bir sıra yollar qismən bağlanır

!Reklam – Yazi

2141aaaAvtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın bir neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilib.

Yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).

Bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a daxil olan məlumatda bildirilib.

Belə ki, qeyd edilən məhdudlaşma aprelin 18-i saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.
İşlərin aparıldığı ərazilər:

1. Tbilisi prospektinin İzmir dairəsindən 20 Yanvar dairəsinədək olan hissəsi (hər iki istiqamətdə);

2. Ziya Bünyadov prospektinin “Xutor” yol qovşağından 20 Yanvar dairəsinədək olan hissəsi (hər iki istiqamətdə)

3. Moskva prospektinin əsas yol və yan yolları, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamətdə);

4. Biləcəri enişi və Biləcəri dairəsi;

5. Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna çıxan hissəsi.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv