Bakıda daha bir qəza oldu, yolda sıxlıq yarandı

Bakının Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu haqda DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq yaranıb.