!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəmir boruları oğurlayan dəstə üzvləri saxlanıldı - FOTO

!Reklam – Yazi

uraxanı rayonu 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları kəsib oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər ümumi uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobilə yükləyib aparıblar. Həmin şəxslər saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.

Faktla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Dəstə əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv