Bakıda qanunsuz ağac kəsintisi faktı aşkarlandı

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.

“Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”,- deyə məlumatda qeyd edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600