Bakıda bu avtobus xəbərdarlıq edilmədən yolunu dəyişdi
Bu gündən etibarən 125 nömrəli marşrut avtobusunun yolu sərnişinlərə xəbərdarlıq edilmədən dəyişdirilib.
Yenicag.az xəbər verir ki, avtobus marşrut xəttinə daxil olmayan Abşeron Ticarət Mərkəzi istiqamətində hərəkət edib.
Sərnişinlərin sözlərinə görə, təxminən 20 dəqiqə ticarət mərkəzi ətrafında vaxt itiriblər.
Məsələ ilə bağlı “Bakı Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında 28 May m/st – Lökbatan qəsəbəsi istiqamətində fəaliyyət göstərən 125 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına “Abşeron Ticarət Mərkəzi” dayanacağının da əlavə edildiyini bildirib.
Onun sözlərinə görə, bununla bağlı məlumat “BakuBus” MMC-nin rəsmi Teleqram kanalında paylaşılıb.
Qeyd edək ki, marşrut xəttinin hərəkət istiqamətinin dəyişdirilməsi saat 07 – 08 radələrində baş verib. Bununla bağlı məlumat isə qurumun Teleqram kanalında saat 12:11-də paylaşılıb. Sözügedən Teleqram kanalının isə cəmi 963 izləyicisi var./axar.az












