Türkiyə Rusiya–Ukrayna tərəflərini məsuliyyətlə hərəkət etməyə çağırdı

media-hightechnic-468x90

Türkiyə Rusiya–Ukrayna tərəflərini məsuliyyətlə hərəkət etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, Rusiya–Ukrayna müharibəsinin Qara dənizə sıçraması Türkiyə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında müzakirə olunub. İclasda mövcud vəziyyət qiymətləndirilib.

Qara dənizdə təhlükəsizliyi qorumağa çalışıldığı, sabitliyə xələl gəlməməsi üçün bütün tərəflərin məsuliyyətlə hərəkət etməsinin vacibliyi bir daha xatırladılıb.

Türkiyənin regional və qlobal riskləri mərhələli şəkildə artıran bu müharibənin sona çatdırılması və davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəyi qeyd edilib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa