Bakıda qanunsuz olaraq ağac kəsən şirkət cərimələndi

Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. “Sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub.”

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat getmişdi.