Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza oldu

media-hightechnic-468x90

Bakıda “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəza törədib.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli küçəsində baş verib.

“Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. Sürücü ayağından yüngül xəsarət alıb. Sərnişinlərin heç biri xəsarət almayıb. İlkin ehtimallara görə qəzaya avtobusun qarşısına çıxan digər avtomobil səbəbindən sürücünün idarəetməni itirməsi olub”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa