Bakıda tibb mərkəzinin şöbə müdiri onkoloji xəstəlikdən vəfat etdi - FOTO

media-hightechnic-468x90

Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri Cəmaləddin İsgəndərli vəfat edib.

Yenicag.az xəbər verir ki, o, uzun müddətdir onkoloji xəstəlikdən müalicə alırmış.

Qeyd edək ki, Cəmaləddin İsgəndərli 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1981-1983-cü illərdə Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasının Qəbul bölməsində tibb qardaşı kimi fəaliyyət göstərib.

1984-1989-cu illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. 1989-cu ildə Azərsutikinti xəstəxanasında Qəbul bölməsində çalışıb. 2018-ci ildə həmin xəstəxanada Baş həkimin müavini kimi çalışıb. 2020-2022-ci illərdə Qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600