Bakıda yaşayış binasında yanğın olub, 40 nəfər təxliyə edilib

media-hightechnic-468x90

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yeniçağ.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600