Bakıdan Pezeşkianın prezidentliyinə ilk töhfə

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi, o cümlədən səfir və səfirliyin hazırkı heyətinin İrana geri dönməsi doğru addımdır. Səfirlik Tehranda fəaliyyətini yeni ünvanda bərpa edib.

Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi haqda qeyd edib.

O bildirib ki, İranın keçmiş hakimiyyəti rəsmi Bakı ilə səfirliyin açılmasıyla bağlı uzun müddət danışırlar aparıb:

“Səfirliyimizin gələcək fəaliyyətinin təhlükəsizliyinə təminat verilmədiyinə görə danışıqlarda irəliləyiş yox idi. Yeni binada təhlükəsizlik tədbirləri artırılacaq. Səfirliyin fəaliyyətə başlaması İranda qanunsuz həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan tələbəmizin hüquqlarının qorunması işinə də dəstəkdir.

Azərbaycanın Tehrandakı səfirliyinin İranda Azərbaycan türkü Məsud Pezeşkianın prezident seçildiyi dövrə təsadüf etməsi də diqqəti cəlb edib. Bu, rəsmi Bakının İranın yeni prezidenti ilə münasibətlərin inkişafına maraqlı olmasına işarədir. Öz növbəsində Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasını özünün ilk xarici siyasət uğurlarından biri hesab edə bilər. Azərbaycan İranla normal münasibətlərdə və ortaq layihələrin reallaşmasında maraqlıdır. Ancaq Məsud Pezeşkian və onun komandası elə etməlidirlər ki, İrandakı müxtəlif qüvvələr Azərbaycana qarşı təxribatçı açıqlama və fəaliyyətlərdən əl çəksinlər”.

COP29