Bakının bu ərazisində qaz olmayacaq
Hövsan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 04.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












