ABŞ USMCA ticarət sazişini uzatmaqdan imtina etdi

media-hightechnic-468x90

ABŞ administrasiyası Kanada, Meksika və ABŞ arasında imzalanmış USMCA ticarət sazişini uzatmamaq qərarı verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton hazırkı mərhələdə sazişi təsdiqləməyə hazır deyil. Qrir qeyd edib ki, sənəddə “əhatəli suallar” mövcuddur və balanssızlıqların aradan qaldırılması üçün bir sıra dəyişikliklər edilməlidir.

O əlavə edib ki, sazişin müddətinin uzadılması əvəzinə ABŞ hakimiyyəti onun müddəalarını hər il yenidən nəzərdən keçirməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyun ayında USMCA-nın qüvvədən düşməsini daha üstün variant hesab etdiyini bildirsə də, onun uzadılmasını tam istisna etməmişdi.

Xatırladaq ki, USMCA sazişi 2018-ci ildə Donald Trampın təşəbbüsü ilə imzalanıb və 2020-ci ildə qüvvəyə minib. Bu sənəd ABŞ, Kanada və Meksika arasında əvvəlki NAFTA ticarət sazişini əvəz edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05