Bakıya uçan sərnişin çantasında bomba olduğunu bildirdi, həbs olundu

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Pulkovo” beynəlxalq hava limanından Bakıya uçmalı olan “J2 9120” saylı reysin sərnişini bomba barədə xəbərə görə təyyarəyə buraxılmayıb.

Yenicag.az xəbər verir ki, şahidlərin sözlərinə görə, şənbə günü 23:45-də Azərbaycana uçmalı olan reysin sərnişini qeydiyyat zamanı baqajını təhvil verərkən aviaşirkət əməkdaşına çantasında “bomba” olduğunu bildirib.

Baqaj mütəxəssislər tərəfindən müayinə olunub, təhlükəli heç nə aşkar edilməyib. Sərnişin ad günü ilə əlaqədar zarafat etdiyiniz bildirib. Lakin onun izahatları “Pulkovo” hava limanında xidmət göstərən nəqliyyat polislərini qane etməyib və 30 yaşlı gənc növbətçi hissəyə aparılıb.

COP29