“Barselona”da ciddi itki – Levandovski sıradan çıxdı
İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş verib.
Yenicag.az xəbər verir ki, İspaniya nəhənginin hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Levandovski Polşa millisinin düşərgəsində zədələnib. 37 yaşlı forvardın ayaq əzələsində yırtıq aşkarlaşıb. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub. Təcrübəli futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.