“Bavariya” Kompani ilə yeni müqavilə imzaladı
Münxenin “Bavariya” klubu belçikalı baş məşqçi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
Yenicag.az klubun saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, mütəxəssis 2029-cu ilədək komandanı çalışdıracaq. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.
Otuz doqquz yaşlı belçikalı mütəxəssis 2024-2025-ci illər mövsümündə İngiltərənin “Börnli” klubundan Münxen təmsilçisinə transfer olunub. “Bavariya” V.Kompaninin rəhbərliyi ilə ilk mövsümdə Almaniya çempionu titulunu qazanıb, bu mövsümün əvvəlində isə Superkuboka sahib olub.
“Bavariya” klubunun prezidenti Herbert Hayner baş məşqçi barədə bildirib: “Vensan Kompani ilə müqavilənin uzadılması klubun onun indiyədək gördüyü işə böyük etimadının göstəricisidir. Bu addım həm də “Bavariya”da sabitlik və davamlılıq siqnalıdır. Kompani həm oyunçular, həm rəhbərlik, həm də azarkeşlər arasında böyük hörmət qazanıb. Biz əməkdaşlığın bu cür vaxtından əvvəl uzadılmasından çox məmnunuq”.
Qeyd edək ki, “Bavariya” Bundesliqanın cari mövsümündə 7 turdan sonra 21 xalla liderdir. Komanda ən yaxın rəqibindən 5 xal öndədir.