Bayden yenidən koronavirusa yoluxdu

media-hightechnic-468x90

ABŞ Prezidentinin həkimi Kevin O’Konnor Co Baydenin koronavirus testinin növbəti dəfə pozitiv çıxdığını bildirib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Həkimin sözlərinə görə, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri aparılan COVID-19 ilə bağlı teslərin neqativ nəticələrindən sonra, iyulun 30-da, şənbə günü səhər prezidentin antigen testi pozitiv çıxıb.

K.O’Konnor əlavə edib ki, C.Bayden “COVID-19 simptomları yaşamır və özünü olduqca yaxşı hiss etməyə davam edir”. Lakin həkim bildirib ki, antigen testinin pozitiv çıxması ilə əlaqədar dövlət başçısı yenidən karantinə gedəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa