İtaliya İsveçrədəki səfirini geri çağırdı
İtaliya İsveçrədəki səfirini geri çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, buna səbəb 40-dan çox insanın öldüyü Kran-Montanadakı yanan barın həmtəsisçisi Jak Morettinin azad edilməsi qərarı olub.
Belə ki, İtaliyanın Baş naziri Corciya Meloni və xarici işlər naziri Antonio Tayani səfir Can Lorentso Kornadoya Morettinin azad edilməsi qərarını pisləmək üçün yerli prokurorluqla əlaqə saxlamağı tələb edən zaman səfiri də geri çağırıblar.
Qeyd edək ki, yanvarın 1-i klubda baş verən yanğın zamanı 6 İtaliya vətəndaşı ölüb, 10-u isə yaralanmışdı./axar.az












