ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Co Bayden komandasında əsas vəzifələrə namizədlərinin adlarını açıqlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Baydenin siyahısında sürpriz sayılacaq fiqurlar da yer alıb.
Yeni seçilmiş prezident ABŞ-ın dövlət katibi postuna vaxtilə dövlət katibinin müavini olmuş Entoni Blinkeni təyin etməyi düşünür.
Baydenin siyahısındakı ən maraqla qarşılanan namizəd isə ötən illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun müavini işləmiş Evril Heynsdir. Bayden onu MKİ şefi postuna gətirməyi planlaşdırır. Bu təyinat gerçəkləşərsə, Heyns həmin postu tutacaq ilk qadın kimi ABŞ tarixinə düşəcək.
Seçilmiş prezidentin komandasının potensial üzvlərindən biri də Alexandro Mayorkasdır. Bayden onu daxili təhlükəsizlik naziri postunda görür. Latın Amerikalı Malyorkasın təyinatı baş tutarsa, bu da ABŞ tarixində növbəti ilk olacaq.
Bayden bu və digər vəzifələrə namizədlərini noyabrın 24-də təqdim edəcək.
www.yenicag.az