“Baykar” şirkəti saxtakarlıqla bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

Türkiyənin tanınmış şirkəti “Baykar” texnologiya şirkəti onların adından istifadə edən və yüksək gəlir vəd edən saxta reklamlarla bağlı xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, Baykardan verilən açıqlamada son vaxtlar sosial media platformalarında Baykar adı altında saxta investisiya reklamlarının paylaşıldığı vurğulanıb.

Bildirilib ki, fırıldaqçılar vətəndaşları çaşdırır. Süni intellekt texnikaları ilə hazırlanan reklamların tamamilə saxta olduğu vurğulanıb.

Açıqlamada qeyd olunub ki, yalnız Baykarın sosial media hesabları və rəsmi internet səhifəsində verilən məlumatlara inanmaq olar./Apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600